"Sivasspor"un aparıcı fiquru "Qarabağ"la oynamayacaq

19 Oktyabr 2020 18:48 Türkiyə 507
"Sivasspor"un aparıcı fiquru "Qarabağ"la oynamayacaq

"Qarabağ"ın Avropa Liqasının I qrupundakı rəqiblərindən olan "Sivasspor" itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Erdoğan Yeşilyurt Superliqanın V turunun "Kayserispor"la səfər oyununda (3:1) zədələnib.

Topuğundan xəsarət alan 27 yaşlı futbolçunun 3 həftədən sonra sıraya dönəcəyi bildirilib. Bu isə o deməkdir ki, təcrübəli oyunçu Avropa Liqasının III turunda noyabrın 5-də evdə "Qarabağ"la keçiriləcək görüşü buraxacaq.

Qarşılaşma Bakı vaxtı ilə 21:55-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti