Azərbaycan gimnastları qızıl medallar qazandı - Avropa çempionatında

20 Oktyabr 2023 01:30 Digər növlər 815
Azərbaycan gimnastları qızıl medallar qazandı - Avropa çempionatında

Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Bolqarıstanın Varna şəhərində keçirilən Avropa çempionatında qızıl medallar qazanıblar.

Sportinfo.az xəbər verir ki, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü uğurlu çıxış edib.

Onlar balans hərəkətlərində birinci yeri tutublar.

Bundan əlavə, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük templə hərəkətlərdə qızıl medala sahib çıxıblar.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!