“Qalatasaray”da 19 yaşlı hücumçu ilə yeni müqavilə

8 Avqust 2020 09:56 Türkiyə 784
“Qalatasaray”da 19 yaşlı hücumçu ilə yeni müqavilə

“Qalatasaray” gənc hücumçusu Ali Yavuz Kolun müqavilə müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

19 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

“Qalatasaray”ın öz yetirməsi olan Ali Yavuz son mövsümə qədər bu klubun müxtəlif yaş qrupu üzrə komandalarında forma geyinib. Geridə qalan mövsümdə isə o, “Tarsus İdman Yurdu”nda icarədə oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Dekabr 18:10 Çək və bizə göndər!
24 Dekabr 04:00 Mükafatlarını aldılar