“Məndən böyük çempion, Azərbaycanda mənimlə döyüşə biləcək idmançı yoxdur” - VİDEO

18 Avqust 2023 08:20 Digər növlər 1 348
“Məndən böyük çempion, Azərbaycanda mənimlə döyüşə biləcək idmançı yoxdur” - VİDEO

Sportinfo.az xəbər verir ki, Azərbaycan və Belarusu təmsil edən kikboksinq üzrə “One Championship” Dünya Qran-prisinin qalibi və yüngül çəkidə mütləq çempion Çingiz Əlləzov Baku TV-nin qonağı olub.

“ONE Fight Night 13” turnirində ermənistanlı Marat Qriqoryanı məğlub edən 30 yaşlı idmançı 10 ildir bu döyüşü gözlədiyini bildirib:

“Sonuncu dəfə Bakıda olanda - altı ay əvvəl də demişdim ki, Marat Qriqoryana qarşı kəmər uğrunda döyüş istəyirəm.

Bu döyüşün hər ikimizin ən yaxşı formada olduğumuz dövrdə baş tutmasını arzulayırdım. Döyüşə çıxanda əlimdə zədə var idi, amma bunu heç kim bilmirdi.

Çünki qarşımdakı Marat Qriqoryan idi. Öz-özümə qalib gələcəyimi dedim və elə də oldu”, - Ç.Əlləzov qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!