"Fənərbaxça" Adili göndərdi

22 Fevral 2020 00:14 Türkiyə 978
"Fənərbaxça" Adili göndərdi

“Fənərbaxça” futbolçusu Adil Rami ilə yolları ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. İstanbul təmsilçisi fransalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

DÇ-2018-də Fransa millisinin heyətində qızıl medal qazanan Rami mövsümün əvvəlində “Fənərbaxça” ilə 1+1 illik müqavilə imzalamışdı. “Lill”, “Valensiya”, “Milan”, “Marsel” və “Sevilya”da da oynamış 34 yaşlı futbolçu, İstanbul təmsilçisində heyətə düşməkdə çətinlik çəkirdi.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda