Türkiyə Super Liqasının 30-cu həftəsində “Fənərbaxça” öz meydanında “Rizespor”la heç-heçə edərək çempionluq yarışında kritik xal itirib.
Sportinfo.az xəbər verir ki, Şükrü Saraçoğlunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Oyunun ilk hissəsi qolsuz keçsə də, ikinci hissənin startında Ali Sove (47-ci dəqiqə) qonaqları önə keçirib.
“Rizespor”un müdafiəçisi Samet Akaydının 72-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulması isə oyunun gedişatını dəyişib.
Bir nəfər çoxluqda qalan “Fənərbaxça” 78-ci dəqiqədə Anderson Taliskanın penalti qolu ilə hesabı bərabərləşdirib. 86-cı dəqiqədə isə Kerem Aktürkoğlu səhnəyə çıxaraq “sarı-lacivərdlilər”i 2:1 hesabı ilə irəli çıxarıb.
Lakin matçın 90+8-ci dəqiqəsində Modibo Saqnanın vurduğu gözlənilməz qol istanbulluların qələbə sevincini yarımçıq qoyub.
Bu nəticədən sonra “Fənərbaxça” 67 xalla ikinci pillədə qalıb və lider “Qalatasaray”dan 1 xal geri düşüb. “Rizespor” isə 37 xalla 8-ci yerdə qərarlaşıb.
"Fənərbaxça" - "Rizəspor" 2:2
Qollar: A.Taliska, 80(pen), K.Aktürkoğlu, 86, - A.Sov,47, - M.Saqnan, 90+8

