“Bayern” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Münhen təmsilçisi hücumçu Bara Sapoko Ndiayeni heyətinə qatıb.
18 yaşlı forvard Qambiyanın “Qambinos Stars Afrika” klubundan transfer edilib. Gənc futbolçu cari mövsümün sonuna qədər icarə əsasında Almaniya nəhənginin şərəfini qoruyacaq.
Vensan Kompaninin rəhbərlik etdiyi “Bayern” hazırda Bundesliqada inamlı təsir bağışlayır. 15 turdan sonra 41 xal toplayan komanda turnir cədvəlinin lideridir.

