Azərbaycanlı biznesmen maaşları ödəmədi, futbolçular klubdan ayrıldı

17 Dekabr 2025 01:00 Türkiyə 676
Azərbaycanlı biznesmen maaşları ödəmədi, futbolçular klubdan ayrıldı

Azərbaycanlı iş adamı Tufan Sadıqovun sahibi olduğu "Serik Bələdiyyəspor" maliyyə problemi səbəbindən iki futbolçu komandanı tərk edib.

Sportinfo.az xəbər verir ki, müdafiəçi Kirill Qotsuk və yarımmüdafiəçi İlya Berkovski Türkiyə klubu ilə yollarını ayırıb.

Məlumata görə, müqavilələrin pozulmasına səbəb klub tərəfindən maaşların ödənilməməsidir.

Futbolçular daha əvvəl analoji problemlərlə üzləşən sabiq baş məşqçi Sergey Yuran və müdafiəçi Dmitri Tixinin ardınca buranı tərk ediblər. Hər iki oyunçunun Rusiyaya qayıdacağı gözlənilir.

I Liqa təmsilçisinə 2025-ci ilin iyulundan oktyabrına qədər rəhbərlik edən Sergey Yuran ödənilməyən vəsaitlərə görə FİFA-ya rəsmi şikayət ünvanlayıb.

Maaşlar ödənilmədi, futbolçular klubu tərk etdi

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Fevral 20:00 Çək və bizə göndər!