
“Fənərbaxça” baş məşqçi Domeniko Tedeskonu istefaya göndərə bilər.
İtaliyalı mütəxəssis sentyabrda Joze Mourinyonu əvəzləyərək, komandanın başına keçib və keçirdiyi 4 matçdan yalnız birində qalib gəlib.
UEFA Avropa Liqasında “Dinamo”ya (Zaqreb) 1:3 hesablı məğlubiyyətdən sonra yeni prezident Sadettin Saranın rəhbərlik etdiyi “Fənərbaxça”nın idarə heyətinin iclası keçirilib.
Sportinfo.az “Fotomaç”-a istinadən xəbər verir ki, klub vəziyyəti düzəltmək üçün baş məşqçiyə üç oyun vaxt verəcək.
Tedesko bu üç oyunda qalib gələ bilməsə, oktyabrda keçiriləcək beynəlxalq fasilədə baş məşqçi postunu tərk edəcək.