Kolumbiya millisinin forvardını transfer etməyi planlaşdırır - Türkiyə klubu

10:00 Türkiyə 153
Kolumbiya millisinin forvardını transfer etməyi planlaşdırır - Türkiyə klubu

“Krasnodar”ın forvardı Con Kordoba Türkiyə Superliqasında oynaya bilər.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Göztepe” ötən mövsüm “Krasnodar”ın heyətində Rusiya çempionu olan kolumbiyalı üçün müəyyən addımlar atıb.

Kolumbiya millisinin 32 yaşlı hücumçusu öz də “Göztepe”də oynamağa maraqlıdır.

İzmir təmsilçisi Romulonu “Leyptsiq”ə satdıqdan sonra onun boşluğunu məhz Kordoba ilə doldurmaq niyyətindədir.

Kordoba 2021-ci ildən Rusiya klubunda oynayır və müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Təcrübəli forvard karyerası ərzində “Espanyol”, “Qranada”, “Maynts”, “Köln”, “Herta” klublarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 07:10 Xəzərdə zəlzələ oldu
17 Avqust 04:00 Milli Avstriyaya uduzdu