“Real”ın qapıçısını gündəminə aldı - Türkiyənin məşhur klubu

16 Avqust 15:40 Türkiyə 284
“Real”ın qapıçısını gündəminə aldı - Türkiyənin məşhur klubu

“Real”ın qapıçısı Andrey Lunin yay transfer pəncərəsi bağlanmazdan əvvəl klubdan ayrıla bilər.

Ukraynalı qolkiper hazırda Tibo Kurtuanın əsas əvəzləyicisi kimi çıxış edir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçuya “Fənərbaxça” maraq göstərir.

Türkiyə klubu yayda qapıçı mövqeyini gücləndirmək niyyətindədir və Lunin namizədlərdən biri kimi nəzərdən keçirilir.

“Real”ın onu satmaq planı olmasa da, müqaviləsində 25 milyon avroluq sərbəstqalma bəndi mövcuddur.

Lunin 2024/25 mövsümündə “kral klubu”nun heyətində 14 oyuna çıxıb, 19 top buraxıb və 6 matçda qapısını toxunulmaz saxlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Avqust 18:10 Çək və bizə göndər!
16 Avqust 17:20 "Sumqayıt"ın kapitanları
16 Avqust 09:40 Liqanın KARVANSARAYı
15 Avqust 22:20 Bolqar dərsi...