
Türkiyə Superliqasında ikinci turun ilk matçı keçirilib.
Sportinfo.az xəbər verir ki, son çempion “Qalatasaray” doğma meydanda “Karagümrük”ü qəbul edib.
“Sarı-qırmızılılar” 3 xalı 3 qolla qazanıb.
Adıcıl ikinci qələbəsini qazanan “Qalatasaray” 6 xalla turnir cədvəlində ilk pillədə qərarlaşıb.
“Qalatasaray” - “Karagümrük” - 3:0
Qollar: B.Yılmaz, 10, F.Kurucuk,74(ö.q), M.İkardi, 87