Kerem Aktürkoğlunun “Fenerbaxça”ya transferi baş tutmadı

16 Avqust 2025 00:10 Türkiyə 559
Kerem Aktürkoğlunun “Fenerbaxça”ya transferi baş tutmadı

“Benfika”da çıxış edən Türkiyə millisinin üzvü Kerem Aktürkoğlunun “Fenerbaxça”ya transferi baş tutmayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Fenerbaxça” 26 yaşlı vinger üçün “Benfika”ya etdiyi 25 milyon avroluq təklifi geri çəkib. Klub imtina səbəbi kimi təklif etdikləri şərtlərin pozulmasını göstərib.

Həmin şərt isə Keremin Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Nitsa” ilə keçiriləcək görüşdə meydana çıxarılmaması idi.

Belə ki, “Benfika” bu şərti pozaraq futbolçunu 84-cü dəqiqədə oyuna daxil edib.

İstanbul təmsilçisi bundan sonra əvəlkindən daha az məbləğli -18 milyon avroluq yeni təklif göndərib. Portuqaliya təmsilçisi bu təklifi rədd edib.

Kerem Aktürkoğlu “Benfika”ya “Fener”in əzəli rəqibi “Qalatasaray”dan transfer olunmuşdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti