Ərəblər Barış Alperi istəyir - 20 milyon avroluq təklif göndərdilər

15 Avqust 00:40 Türkiyə 427
Ərəblər Barış Alperi istəyir - 20 milyon avroluq təklif göndərdilər

Səudiyyə Ərəbistanı klubu “Neom” “Qalatasaray”ın ulduzu Barış Alper Yılmaza növbəti dəfə elçi düşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Bildirilib ki, ərəblər 25 yaşlı vinger üçün 20 milyon avroluq təklif göndərib, lakin İstanbul nəhəngi təklifi geri çevirib.

Məlumata görə, “sarı-qırmızılılar” oyunçunun satışından daha yüksək gəlir əldə etmək istəyir.

“Neom” Türkiyə millisinin üzvü üçün üçüncü təklifi göndərməyi planlaşdırır.

“Qalatasaray” Səudiyyə Ərəbistanı klubunun 15 milyon avroluq ilk təklifini də rədd etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu