Mourinyo: “Mütləq qayıdacam”

18 İyul 22:00 Türkiyə 313
Mourinyo: “Mütləq qayıdacam”

Joze Mourinyo hazırda çalışdığı “Fənərbaxça”da olmasına baxmayaraq, Portuqaliya çempionatına qayıtmaq niyyətində olduğunu bildirib.

Sportinfo.az “A Bola”-ya istinadən xəbər verir ki, o, Portuqaliyaya mütləq qayıdacağını söyləyib:

“Mütləq Portuqaliyaya qayıdacam. Karyeramın zirvəsində, sağlamlıq vəziyyətim yaxşı olanda, həm fiziki, həm də psixoloji cəhətdən tam formada və güclü halda Portuqaliyaya getmək istəyirəm. Mütləq qayıdacam”.

Mourinyo 2024-cü ilin yayında, “Roma”dakı bir neçə illik fəaliyyətindən sonra “Fənərbaxça”nın baş məşqçisi olub.

Bundan əvvəl o, məşqçilik karyerası ərzində “Portu”, “Çelsi”, “Real” və digər klublarda çalışıb.

Mourinyonun komandası son mövsümdə Türkiyə çempionatını turnir cədvəlinin 2-ci pilləsində tamamlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!