Azərbaycanlı futbolçunun komandasına vaxt verdilər: "İki-üç günə bazadan çıxın"

7 Aprel 18:10 Türkiyə 707
Azərbaycanlı futbolçunun komandasına vaxt verdilər: "İki-üç günə bazadan çıxın"

Azərbaycanlı futbolçu Sərtan Taşkının formasını geyindiyi “Manisa” klubun bazasından çıxarılacaq.

Sportinfo.az xəbər verir ki, Manisa şəhərini təmsil edən klub oyunlarını keçirdiyi stadionda qala bilməyəcək.

Manisa Böyükşəhər bələdiyyəsi sədri Fərdi Zeyrek hazırkı klubun əvvəllər Superliqada da mübarizə aparmış "Manisaspor"la heç bir əlaqəsinin olmadığını və buna görə də klubun bazasında qalmalarını istəmədiyini söyləyib:

"Manisa" futbol klubu özəl və fərdi şəxsin şirkətidir. Yəni, Manisa Böyükşəhər bələdiyyəsi ilə heç bir bağlılığı yoxdur.

Onlara 2-3 gün vaxt veririk, bazanı və stadionu tərk etsinlər. Bu şəhərin tək komandası "Manisaspor"dur".

Qeyd edək ki, "Manisa" hazırda birinci liqada mübarizə aparır və 18 komanda arasında 13-cü pillədədir. Bu klub rəqiblərini Manisa şəhərindəki "19 Mayıs" stadionunda qəbul edir.

Vaxtı ilə Superliqada mübarizə aparmış "Manisaspor" da məhz bu arenada oynayıb. İndi isə həmin klub həvəskarlar liqasında iştirak edir.

Digər Xəbərlər
Xəbər Lenti