“Mançester Yunayted”in hücumçusu üçün təklif göndərəcək - “Fənərbaxça”

24 Noyabr 2023 18:20 Türkiyə 525
“Mançester Yunayted”in hücumçusu üçün təklif göndərəcək - “Fənərbaxça”

“Fənərbaxça” qış transfer pəncərəsi zamanı hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi “Mançester Yunayted”də çıxış edən Antoni Marsialla yaxından maraqlanır.

“Fənərbaxça” gələn həftə Çempionlar Liqasının “Qalatasaray”la matçı üçün İstanbula gələcək “Mançester Yunayted” rəhbərliyi ilə görüşəcək və 27 yaşlı forvard üçün rəsmi təklif göndərəcək.

Marsial özü də “Mançester Yunayted”dən ayrılmağa isti yanaşır. Fransa millisinin üzvü AÇ-2024 öncəsi daha çox forma şansı qazanacağı kluba keçmək və yenidən milliyə qayıtmaq istəyir.

“Mançester Yunayted” Antoni Marsialı 2015-ci ilin yayında “Monako”dan transfer edib.

Ön xətt oyunçusu cari mövsümdə “qırmızı şeytanlar”ın heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 02:40 "Sabah"ın hesabı - 11:1
31 Oktyabr 02:20 “Zirə”dən Mozambikə
31 Oktyabr 02:00 “Qarabağ” AÇIQLADI