COP29

“Fənər” qələbə seriyasını 5:0-da 7 oyuna çatdırdı - VİDEO

2 Oktyabr 2023 00:10 Türkiyə 353
“Fənər” qələbə seriyasını 5:0-da 7 oyuna çatdırdı - VİDEO

Türkiyə Superliqasında VII turun daha bir oyunu keçirilib.

Sportinfo/az xəbər verir ki, çempionluğa iddialı “Fənərbağça” doğma meydanda “Rizespor”u sınağa çəkib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 5:0

İstanbul klubunun heyətində qolları Sebastian Şimanski (3), İrfan Can Kahveci (47), Edin Ceko (62), Duşan Tadiç (75) və Coşua Kinq (90+2) vurublar.

Cari mövsüm Superliqada keçirdiyi 7 oyunun hamısında qalib gələn “Fənərbağça” maksimum nəticə (21 xal) ilə turnir cədvəlinə başçılıq edir. 11 xalı olan “Rizespor” isə yeddinci pillədə qərarlaşıb.

Bu matçla eyni vaxtda başlayan “Karagümrük” – “Kasımpaşa” görüşündə qonaqlar 3:2 hesablı qələbəyə seviniblər.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!