"Beşiktaş" məşhur futbolçunu icarəyə götürür

17 Avqust 2022 00:10 Türkiyə 609
"Beşiktaş" məşhur futbolçunu icarəyə götürür

"Beşiktaş" heyətini məşhur futbolçu ilə gücləndirmək üzrədir.

Sportinfo-.az xəbər verir ki, İstanbul təmsilçisi "Everton"un yarımmüdafiəçisi Dele Allininin transferini bitirməyə çox yaxındır.

"Qara qartallar" 26 yaşlı futbolçunu 1 illik icarəyə götürəcək. "Beşiktaş" icarə müqaviləsinin müddəti bitdikdən sonra ingiltərəli vingeri birdəfəlik transfer etmək hüququna sahib olacaq.

Dele Alli 2022-ci ilin yanvar ayında "Tottenhem"dən "Everton"a transfer olunub. İngiltərə millisinin keçmiş üzvü Premyer Liqa klubunun heyətində 13 matçda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti