Türkün agenti "Tottenhem"lə danışıq aparır

24 İyun 2021 15:20 Türkiyə 701
Türkün agenti "Tottenhem"lə danışıq aparır

“Yuventus”un futbolçusu Merih Dəmirəl karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Nikol Skira “Tvitter”də yayıb. O bildirib ki, futbolçunun agenti “Tottenhem”lə danışıq aparır. Bir müddət əvvəl məlumat yayılmışdı ki, Turin nəhəngi 23 yaşlı futbolçuya görə 40 milyon avro qazanmaq istəyir.

Merih başa çatan mövsümdə 24 oyunda meydana çıxıb.

O, “Yuventus”da 2019-cu ildən çıxış edir. Onun müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti