"Başımızı uca tutmalıyıq"

21 İyun 2021 23:00 Türkiyə 522
"Başımızı uca tutmalıyıq"

"Turnirə böyük hədəflərlə gəldik, xəyal qurduq. Anaq istədiyimiz kimi olmadı.

Buna görə çox məyusuq. Burak Yılmaz, mən və Ozan kapitanlar olaraq məsuliyyəti öz üzərimizə götürürüK. Turnirin ən gənc komandası bizik, təcrübə topladıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu Avro-2020-nin qrup mərhələsinin sonuncu turunda İsveçrəyə Bakıda 1:3 hesab ilə uduzduqları oyundan sonra deyib.

"Qarşıda dünya çempionatı var. Azarkeşlərimizi məyus etdik. Yolumuza davam etmək məcburiyyətindəyik.

Başımızı uca tutmalıyıq. "Avro-2016"da oynayan sadəcə üç futbolçu var idi. Mən, Ozan və Burak Yılmaz. Önümüzdə daha çox turnir var" - deyə o bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"