İspaniya yığmasının keçmiş kapitanı öz xidmətini "Neftçi"yə TƏKLİF ETDİ - SON DƏQİQƏ

1 Fevral 2025 13:00 Turan 6 974
İspaniya yığmasının keçmiş kapitanı öz xidmətini "Neftçi"yə TƏKLİF ETDİ - SON DƏQİQƏ

"Turan Tovuz"da qalmaq istəməyən oyunçuların sayı artmaqda davam edir.

Alexandro Serrano da artıq bu siyahıda yer alır.

2023-cü ilin iyulundan etibarən ölkəmizdə legioner həyatı yaşayan ispaniyalı "Neftçi" ilə əlaqə yaradıb.

Prineyli bakılıların məşqçilərinə xəbər göndərərək, gələn mövsümdən ağ-qara formanı geyinmək istədiyini bildirib.

Kurban Berdiyevin düşərgədə yaratdığı cansıxıcı mühitdən narazı qalan "Alex" ləqəbli yarımmüdafiəçiyə "Neftçi"nin də maraq göstərdiyini deyək. Samir Abasov Oto Conla yanaşı, onun sərəncamında görmək niyyətindədir.

Serrano ölkəsinin U 19 millisinin keçmiş kapitanıdır. Mərkəz oyunçusu Azərbaycana Bolqarıstanın yüksək liqasından - "Habor"dan gəlib.

O, Barselonada dünyaya gəlib. İspaniyanın aşağı yaşlıalılardan ibarət millilərində, "Sportinq Xixon", "Malyorka", "Salamanka" və digər yerli klublarda çıxış edib.

28 yaşlı “Aleks" Bolqarıstandan qabaq legioner həyatına Polşada başlayıb, "Qurnik"də forma geyinib.

Onun atası Mino da İspaniya futbolunda tanınmış simadı. Ötən əsrin 80-90-cı illərdə "Real Madrid", "Sevilya", "Espanyol", "Malyorka" və başqa klubların şərəfini qoruyub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11 Yanvar 20:00 Çək və bizə göndər!
11 Yanvar 08:50 "Sumqayıt" transfer etdi
11 Yanvar 08:20 Azərbaycan çempionları
11 Yanvar 07:40 Dollar neçə manat olacaq?
11 Yanvar 00:50 "Buna aldanmaq olmaz"
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol