"Neftçi" ilə müqaviləni pozdu, indi bu anlaşmaya imza atmaq üzrədir - SON DƏQİQƏ

22 İyul 2024 10:40 Turan 3 352
"Neftçi" ilə müqaviləni pozdu, indi bu anlaşmaya imza atmaq üzrədir - SON DƏQİQƏ

«Turan Tovuz» yeni qapıçı transferini xəbərləmək ərəfəsindədir.

Qərb klubu Səlahət Ağayevlə yenidən danışıqlara başlayıb və görüşmələr artıq son mərhələyə daxil olub.

Millinin kiperi qarşı tərəfin əsas müqavilə şərtləri ilə razılaşıb. Bir-iki xırda detal qalıb, ona da «okey» versə, 1+1 illik anlaşma rəsmiyyət qazanacaq.

Tovuz klubu iyunun əvvəlində Aydın Bayramov və Tərlan Əhmədli ilə vidalaşmalı olub. Kurban Berdiyev onların yerinə rusiyadan İvan Konovalov və Sergey Samoku dəvət edib.

Millinin qapıçısı ikinci dəfə "Neftçi"də – SON DƏQİQƏ

Yeni baş məşqçi Səlahəti hələ ötən ay sərəncamında görmək istəyirdi. Lakin Ağayev həmin vaxt «Neftçi»yə qayıtmağa razılıq vermişdi.

Hətta o, «ağ-qaralar»ın tərkibində Türkiyə toplanışına yollanmışdı. Lakin bakılı fanatların ona yönəlik təzyiqindən sonra 2 illik müqaviləyə xitam vermək məcburiyyətində qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu