TOKİO-2020: Olimpiadaya şansla gələn güləşçimiz medal qazanacaqmı?

4 Avqust 2021 21:20 Tokio-2020 774
TOKİO-2020: Olimpiadaya şansla gələn güləşçimiz medal qazanacaqmı?

Sabah Tokio Olimpiadasında kişilərdən ibarət sərbəst güləş yığmamızın ilk üzvü xalça üzərinə çıxacaq.

Bu, 74 kq çəki dərəcəsində yer alan Turan Bayramovdur. 3 ay əvvəl Avropa çempionatında gümüş medal qazanan 20 yaşlı pəhləvan ilk görüşdə Ukrayna təmsilçisi Vasil Mixailovla qarşılaşacaq. Görüş Bakı vaxtı ilə təxminən saat 6:30-da başlayacaq.

Bayramov ilk mərhələni keçərsə, 1\4 finalda Markes Çamizo (İtaliya) - Aftandil Kentçadze (Gürcüstan) duelinin qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Turanı Bayramovun olimpiadadada iştirakı son anda - belə demək olarsa, şans sayəsində reallaşıb.

Bu çəkidə Tokio-2020-yə lisenziyanı Hacımurad Hacıyev qazansa da, olimpiadaya 10 gün qalmış Göygöldə keçirilən təlim-məşq toplanışı zamanı ciddi zədə alıb.

Bu zədə ilə Hacıyevin olimpiadada iştirakı mümkünsüz olduğundan Azərbaycan Güləş Federasiyası onu 20 yaşlı Turan Bayramovla əvəzləməyə qərar verib.

Görək, gənc güləşçimiz taleyin bu hədiyyəsindən necə istifadə edəcək.

SPORTİNFO.AZ

Xəbər Lenti