Azərbaycanlı idmançı-baş katib Tokio-2020-də 26-cı oldu

26 İyul 2021 10:50 Tokio-2020 490
Azərbaycanlı idmançı-baş katib Tokio-2020-də 26-cı oldu

Tokio Olimpiadasında stend atıcılığı yarışında ölkəmizi təmsil edən Emin Cəfərov gözlənildiyi kimi sürpriz edə bilməyib.

Skit növündə çıxış edən Cəfərov 2 gün davam edən 5 atış seriyasından 116 xal yığıb.

Bununla atıcımız 30 iştirakçı arasında 26-cı yeri tutub. Final mərhələsinə isə ilk 6 yeri tutan iştirakçılar vəsiqə qazanıb.

Qeyd edək ki, Emin Cəfərov həm də Azərbaycan Atıcılıq Federasiyasının baş katibidir.

SPORTİNFO.AZ

Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?