
Tokio Olimpiadasında mübarizəyə başlayan qadın üzgüçümüz Məryəm Şeyxəlizadəxangah ilkin mərhələdə uğurlu çıxış edib.
İranlı legioner təsnifat mərhələsində 100 m məsafəyə batterflay üsulu üzmədə öz qrupunda 3 iştirakçı arasında 1-ci yeri tutub.
Amma bu yalnız kiçik təsəlli sayıla bilər. Belə ki, ümumi sıralamada Məryəmin qrupda göstərdiyi nəticə (1.01.37 dəq.) 33 iştirakçı arasında 30-cu olmağa kifayət edib. Bununla da üzgüçümüz bu növdə çıxışını başa vurub.
SPORTİNFO.AZ