Azərbaycanın olimpiya mükafatçısından yeni ildə İLK XƏBƏR

7 Yanvar 2025 03:00 Taekvondo 834
Azərbaycanın olimpiya mükafatçısından yeni ildə İLK XƏBƏR

Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında gümüş medal əldə edən Azərbaycan taekvondoçusu Qaşım Maqomedovun 2025-ci ilin yanvar ayı üçün açıqlanmış dünya reytinqində mövqeyi dəyişməyib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

58 kq çəki dərəcəsində mübarizə aparan idmançı ikinci pillədə qərarlaşıb.

Q.Maqomedovun Paris-2024-ün finalında məğlub olduğu Cənubi Koreya təmsilçisi Park Taejoon birincidir.

Qaşım Maqomedov qızıl medal uğrunda görüşdə zədələndiyi üçün döyüş vaxtından əvvəl başa çatmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!