"Sumqayıt" Samir Abasova görə şikayət edəcək

19 Sentyabr 2023 22:20 Sumqayıt 724
"Sumqayıt" Samir Abasova görə şikayət edəcək

Xəbər verdiyimiz kimi, AFFA İntizam Komitəsi "Sumqayıt"ın baş məşqçisi Samir Abasovu cəzalandırıb.

Təcrübəli çalışdırıcı "Zirə"yə qarşı Premyer Liqanın 6-cı turunun matçında hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 5 oyun cəzalanıb.

“Sumqayıt” 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Klub İK-nın sərt qərarı ilə razılaşmaq fikrində deyil.

Belə ki, narazı tərəf qərardan apellyasiya şikayəti verməyi düşünür.

Ən azı ağır cəzanın nisbətən yüngülləşdirilməsi üçün.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?