"Qarabağ"ın bu qələbəsi çox məğlubiyyətlərin heyfidir"

3 Oktyabr 2020 15:46 Sportinfo TV 893
"Qarabağ"ın bu qələbəsi çox məğlubiyyətlərin heyfidir"

Sportinfo.az-ın redaktoru İlkin Fikrətoğlu "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində "Legiya" üzərində qazandığı 3:0 hesablıı qələbəyə münasibət bildirib.

O, sosial şəbəkə hesabında bununla bağlı yazıb:

"Boruç, sənə bu yaşında lazım idi? Sənin yaşıdlarını bizdə heç müharibəyə aparmırlar ki, qocasan, sən isə 40 yaşda Avroliqanın qrupunda oynamaq istəyirdin.

Di get, "mejdu noq", 0:3.

Hə, yəqin ki, 13 il əvvəl, elə bu stadionda Azərbaycana 5:0 qalib gəldiyiniz oyunu xatırlayırsan.

Mən də xatırlayıram, jurnalist kimi xaricə ilk səfərim idi, "siftəmi" korlamışdız.

Bax, bu o məğlubiyyətin qisasıdlr.

Bu, ümumiyyətlə, çox məğlubiyyətlərin heyfidir:

"Rəhmətlik" "Xəzri"yə 9 qol vuran "Qutnik"də, "Neftçi"yə iki oyuna 10 top vuran "Vidzev" də, millimizə iki oyuna 13 qol vuran Polşa yığmasında illərlə qalan heyfimizdir.

Zatən, "Qarabağ" Polşa futbolundan neçə ildir bu qisası almaqdadır: "Visla", "Piast", bu da tarixi "Legiya"...

Afərin, "Qarabağ"!!! Bizim üçün Avropada hər qələbən vacib olub, amma bu qələbənin dəyəri, əhəmiyyətli xüsusidir.

Varşavada sənin vurduğun toplar, adını daşıdığın torpaqda əsgərimizin atdığı toplar - qoy, erməni yatsın bu gecə, görək, necə yatır... ".

Digər Xəbərlər
Xəbər Lenti