TƏHLÜKƏ: "Qarabağ" bəlaya düşməmək üçün özünü qorumalıdır? - VİDEO

13 Dekabr 2023 19:00 Sportinfo TV 964
TƏHLÜKƏ: "Qarabağ" bəlaya düşməmək üçün özünü qorumalıdır? - VİDEO

Sabah "Qarabağ” Avropa Liqasının H qrupunun 6-cı matçında evdə İsveç “Hekken"ini qəbul edəcək.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, "Qarabağ" bu qarşılaşmada da öz ənənəvi oyun planına sadiqlik nümayiş etdirəcək, amma diqqət edilməsi lazım olan məqamlar var:

“Rəqibin qrupdan çıxmaq şansı qalmayıb. Buna görə rahatlaşmaq olmaz.

Onlar çalışacaq ki, avrokubokları, heç olmasa, 1 xalla başa vursunlar. Komandamız oyun olaraq, futbolçuların fərdi dəyərləndirməsi fonunda rəqibdən çox üstündür.

Qonaqlar topu "Qarabağ"a verib, əks-hücum taktikası seçəcəək, uzun ötürmələrə çox önəm verəcəklər. Hücumlar zamanı itirlən topu ən azı 5-10 saniyəyə qazanmaq lazımdır.

Çünki komandamız rəqibi basqı altına salanda, məcburən müdafiə xətti də çox irəli çıxır, nəticədə 40-50 metrlik boşluq yaranır. "Qarabağ” hücum zamanı itirilən toplardan sonra bu məqama diqqət yetirməlidir.

Onlar uzun ötürmələrlə hər an təhlükəli epizodlar yaratmağı bacarırlar. “Hekken” hücuma çıxarkən, daha çox cinahlara uzun ötürmələrlə yadda qalırlar.

Top rəqibdə olarkən, mərkəz müdafiəçilərinin mövqe sığortalarında problemləri var".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!