AÇIQ SÖHBƏT: Mahir Türkiyədə oynaya bilməyəcəkdi? - VİDEO

11 Fevral 2022 20:40 Sportinfo TV 1 384
AÇIQ SÖHBƏT: Mahir Türkiyədə oynaya bilməyəcəkdi? - VİDEO

“Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışı efirə gedib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin növbəti qonağı “Sportfm” İdman Agentliyinin direktoru Araz Əhmədov olub.

O, “Legiya”dan qalmaqalla ayrılan Mahir Emrelinin “Dinamo” ilə anlaşmasına münasibət birdirib.

Müsahib xatırladıb ki, “Başakşehir” millimizin forvardı ilə yaxından maraqlanıb. Qeyd edib ki, 25 yaşlı hücumçu onlarla anlaşacağı təqdirdə, Super Liqada özünü göstərmək şansı az olacaqdı.

Əhmədov Türkiyə çempionatının səviyyəsinə görə Xorvatiya liqasından xeyli üstün olduğunu vurğulayıb.

Verilişə bu linkdən daxil olub baxa bilərsiz

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM