“O, “Neftçi”nin yükünün ağırlığını qaldırmaqda çətinlik çəkir” - VİDEO

9 Fevral 2022 20:00 Sportinfo TV 777
“O, “Neftçi”nin yükünün ağırlığını qaldırmaqda çətinlik çəkir” - VİDEO

“Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışı efirə gedib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin növbəti qonağı “Sportfm” İdman Agentliyinin direktoru Araz Əhmədov olub.

Verilişdə Premyer Liqada sonuncu turun qarşılaşmaları müzakirə olunub. “Neftçi” – “Qarabağ” qarşılaşmasında (1:2) meydan sahiblərinin baş məşqçisi Samir Abasovun azarkeşlərdən bir fərqinin olmadığı diqqətə çatdırılıb.

Araz Əhmədov deyib ki, 70 dəqiqə oyunu tamaşa etməklə keçirən S.Abbasov müdaxilələrdə çox gec qaldı: “Bu, onu göstərdi ki, Samir müəllim bu yükün ağırlığını qaldırmaqda çətinlik çəkir”.

Verilişə bu linkdən daxil olub baxa bilərsiz.

Digər Xəbərlər
Xəbər Lenti