
“Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışı efirə gedib.
Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin növbəti qonağı millinin sabiq müdafiəçisi Rail Məlikov olub.
Yaxınlarda karyerasını “Keşlə”də başa vuran 36 yaşlı futbolçu gələcək planları haqda danışıb.
Paytaxt klubunun həm əsas, həm də yeniyetmələrdən ibarət komandalarında çalışmağa başlayan Məlikov uşaq futbolunda gördüyü problemləri sadalayıb.
O, bu sahədə ixtisaslaşan məşçilərin maddi təminatının zəif olmasına diqqət çəkib. Yığmanın eks üzvü ödənişli əsaslarla işləyən mütəxəssislərin bu addımı məcburiyyətdən atdığını söyləyib.
Verilişə bu linkdən daxil olub baxa bilərsiz.