"Neftçi"nin yanlış transfer siyasəti "Sportinfo TV"nin gündəmində - VİDEO

5 Noyabr 2021 16:00 Sportinfo TV 1 300
"Neftçi"nin yanlış transfer siyasəti "Sportinfo TV"nin gündəmində - VİDEO

"Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışı efirə gedib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin növbəti qonağı menecer Səbuhi Səfiyarlı olub.

S.Səfiyarlı "Neftçi"nin yanlış transfer siyasətindən söz edib. O, paytaxt klubunun yayda "yerli bazar"a barmaqarası yanaşmasına və bu səbəbdən indi ciddi problemlərlə üzləşməsinə diqqət çəkib.

Müsahib həmçinin milliləşdirmə ilə bağlı maraqlı təklif irəli sürüb.

Son illər bu kursun geniş tətbiq olunması nəticəsində bütün yaş qrurları üzrə yığmalarda əcnəbilərin çoxluq təşkil etməsindən narahatlığını bildirən menecer AFFA-ya səslənib.

Səfiyarlı yeniyetmələrdən və gənclərdən ibarət komandalara milliləşdirilmiş futbolçuların cəlb edilməsinə qadağa qoyulmasını istəyib.

Daha ətraflı aşağıdakı linkə daxil olaraq izləyə bilərsiz: (https://www.youtube.com/watch?v=D641T2nzIeM).

Verliş “E.C.A. Plus”un dəstəyi ilə hazırlanıb.

“E.C.A. Plus” mağazası Türkiyənin tanınmış brendləri OLAN ECA, CREAVIT ,LINEART, DUXXA markalarinin Azərbaycandakı rəsmi distribüteridir.

“E.C.A. Plus” mağazası keyfiyyətli və zəngin çeşidli məhsullarını müştərilərinə təqdim edir.

Digər Xəbərlər
Xəbər Lenti