"SPORTİNFO TV": Namiq Cənubi Koreya klubunun təklifini niyə geri çevirib? - VİDEO

4 Noyabr 2021 15:00 Sportinfo TV 1 208
"SPORTİNFO TV": Namiq Cənubi Koreya klubunun təklifini niyə geri çevirib? - VİDEO

"Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışı efirə gedib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin növbəti qonağı menecer Səbuhi Səfiyarlı olub.

Mövsümləraraı fasilədə Namiq Ələsgərovun "Neftçi"dən "Bursaspor"a keçidini təşkil edən agent Türkiyə Futbol Federasiyasının klublara göstərdiyi maddi-mənəvi dəstəyindən söz açıb, önəmli məqamlara toxunub, onları AFFA-ya nümunə göstərib.

Səfiyarlı “Neftçi”dən ayrılması böyük səs-küy qoparan Namiqin gələcəyini düşünərək, bu addımı atdığını bildirib.

Onun sözlərinə görə, millinin 26 yaşlı yarımmüdafiəçisi “yaşıl timsahlar”ın heyətində uğurlu çıxış edib, Super Liqaya vəsiqə qazanmaq və orada özünü göstərmək niyyətindədir.

Qonaq Namiqin böyük potensial daşıdığını və qarşısına qoyduğu hədəfə çatacağına inandığını söyləyib. Menecer Ələsgərovun Cənubi Koreyadan da təklif aldığını açıqlayıb.

Daha ətraflı aşağıdakı linkə daxil olaraq izləyə bilərsiz: (https://www.youtube.com/watch?v=yBtGi-a3czg).

Verliş “E.C.A. Plus”un dəstəyi ilə hazırlanıb.

“E.C.A. Plus” mağazası Türkiyənin tanınmış brendləri OLAN ECA, CREAVIT ,LINEART, DUXXA markalarinin Azərbaycandakı rəsmi distribüteridir.

“E.C.A. Plus” mağazası keyfiyyətli və zəngin çeşidli məhsullarını müştərilərinə təqdim edir.

Digər Xəbərlər
Xəbər Lenti