"SPORTİNFO TV": “Atam mənə dedi ki, yaxşı futbolçu olmaq istəyirsənsə, sən də..." - VİDEO

14 Oktyabr 2021 14:20 Sportinfo TV 980
"SPORTİNFO TV": “Atam mənə dedi ki, yaxşı futbolçu olmaq istəyirsənsə, sən də..." - VİDEO

"Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışı efirə gedib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin növbəti qonağı Nizami Hacıyev olub.

Azərbaycanın müxtəlif yaş qrupları üzrə yığmalarının şərəfini qorumuş keçmiş yarımmüdafiəçisi Türkiyə futbolu haqda düşüncələrini dilə gətirib.

O, “Beşiktaş”ın baş məşqçisi Sərgən Yalçının ünvanına xoş sözlər söyləyib. Qardaş ölkə millisini əhatə edən problemlərə də diqqət ayıran Hacıyev maraqlı bir hadisəni yadına salıb.

Nizami mərhum atasının Hasan Şaşın qolundan sonra ona “əgər yaxşı futbolçu olmaq istəyirsənsə, sən də elə “salto” vurmağı bacarmalısan” söylədiyini xatırlayıb.

Daha ətraflı aşağıdakı linkə daxil olaraq izləyə bilərsiz: (https://www.youtube.com/watch?v=mbz2YI-6z5U&t=164s).

Verliş “E.C.A. Plus”un dəstəyi ilə hazırlanıb.

“E.C.A. Plus” mağazası Türkiyənin tanınmış brendləri OLAN ECA, CREAVIT ,LINEART, DUXXA markalarinin Azərbaycandakı rəsmi distribüteridir.

“E.C.A. Plus” mağazası keyfiyyətli və zəngin çeşidli məhsullarını müştərilərinə təqdim edir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”