“SPORTİNFO TV”: “Sabah”ın baş məşqçisi olmağı kim istəməz ki..?” - VİDEO

5 Oktyabr 2021 14:00 Sportinfo TV 717
“SPORTİNFO TV”: “Sabah”ın baş məşqçisi olmağı kim istəməz ki..?” - VİDEO

"Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışı efirə gedib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin növbəti qonağı Tərlan Əhmədov olub.

Burada Azərbaycan futbolu müzakirə edilib. Təcrübəli mütəxəssis 1 il 3 aydır işsiz olduğunu diqqətə çatdıraraq, artıq evdə oturmaqdan yorulduğunu bildirib.

“Neftçi”də müdafiə xəttinin heç də yaxşı vəziyyətdə olmadığını bildirən Tərlan Əhmədov təklif gələcəyi halda, uğursuzluq zolağında yer alan “Sabah”a böyük məmnuniyyətlə “hə” cavabını verəcəyini deyib:

“Bu gün paytaxt komandası maddi-texniki baxımdan bir çoxlarını üstələyir. Oyunçu qrupu da yetəri səviyyədədir. Burada uğur qazanmaq üçün hər cür imkanlar var”.

Daha ətraflı aşağıdakı linkə daxil olaraq izləyə bilərsiz (https://www.youtube.com/watch?v=MR1-VNQK_M4).

Verliş “E.C.A. Plus”un dəstəyi ilə hazırlanıb.

“E.C.A. Plus” mağazası Türkiyənin tanınmış brendləri OLAN ECA, CREAVIT ,LINEART, DUXXA markalarinin Azərbaycandakı rəsmi distribüteridir.

“E.C.A. Plus” mağazası keyfiyyətli və zəngin çeşidli məhsullarını müştərilərinə təqdim edir.

Digər Xəbərlər
Xəbər Lenti