"SPORTİNFO TV": Başı daim qalmaqalda olan baş məşqçidən ŞOK ETİRAFLAR - VİDEO

1 Oktyabr 2021 15:00 Sportinfo TV 1 271
"SPORTİNFO TV": Başı daim qalmaqalda olan baş məşqçidən ŞOK ETİRAFLAR - VİDEO

"Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışı efirə gedib.

Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin qonağı “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov olub.

Burada Azərbaycan futboluna nəzər salınıb. Klubda baş verən hadisələr, komandanın niyə uğursuzluq zolağından çıxa bilməməsi müzakirə edilib.

Qurbanov ona qarşı edilən haqsızlıqlardan bəhs edərək, “Neftçi” ilə matçdan sonra mətbuat konfransında səsləndirdiyi “yəqin, rəhbərliyin mənə yazığı gəlir” fikrinə də münasibət bildirib:

“Əslində, “hörmət edirlər“ demək istəyirdim, ancaq oyun ətrafında baş verənlərdən sonra həyəcanlı olduğuma görə belə formada səsləndi”.

Qurbanov hazırda yaşanan uğursuzluq fonunda komandanın sükanı arxasından göndəriləcəyi ilə bağlı yayılan xəbərlərə, köməkçilərinin hansı səbəbəbdən ayrıldıqları məsələsinə də toxunub.

Daha ətraflı aşağıdakı linkə daxil olaraq izləyə bilərsiz (https://www.youtube.com/watch?v=OxoN9ie_psU):

Verliş “E.C.A. Plus”un dəstəyi ilə hazırlanıb.

“E.C.A. Plus” mağazası Türkiyənin tanınmış brendləri OLAN ECA, CREAVIT ,LINEART, DUXXA markalarinin Azərbaycandakı rəsmi distribüteridir.

“E.C.A. Plus” mağazası keyfiyyətli və zəngin çeşidli məhsullarını müştərilərinə təqdim edir.

Digər Xəbərlər
Xəbər Lenti