"SPORTİNFO TV": Qurban Qurbanov "Qarabağ"ı bu səviyyəyə çatdırmasaydı, nə olardı? - VİDEO

7 Sentyabr 2021 16:40 Sportinfo TV 1 658
"SPORTİNFO TV": Qurban Qurbanov "Qarabağ"ı bu səviyyəyə çatdırmasaydı, nə olardı? - VİDEO

"Sportinfo TV"nin yeni "youtube" layihəsi olan "Futbol söhbəti"nin ilk buraxılışı efirə gedib.

Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin qonağı AzTV-nin tanınmış aparıcısı, idman şərhçisi Tural Məmmədli olub.

Verilişdə Azərbaycan yığmasının DÇ-2022-nin seçmə mərhələsində keçirdiyi son qarşılaşmalar müzakirə edilib, maraqlı fikirlər səsləndirilib.

Qeyd edilib ki, Canni Di Biazinin kimdənsə göstəriş alaraq, heyət qurmasını deyənlər bunu sübuta yetirməlidir. Vurğulanıb ki, Qurban Qurbanov "Qarabağ"ı bəlli bir səviyyəyə çatdırmasaydı, millinin heyətini formalaşdırmaq böyük problemə çevrilərdi.

Daha ətraflı aşağıdakı linkə daxil olaraq izləyə bilərsiz.

https://www.youtube.com/watch?v=7gk6suj7_hQ

Verliş “E.C.A. Plus”un dəstəyi ilə hazırlanıb.

“E.C.A. Plus” mağazası Türkiyənin tanınmış brendləri OLAN ECA, CREAVIT ,LINEART, DUXXA markalarinin Azərbaycandakı rəsmi distribüteridir.

“E.C.A. Plus” mağazası keyfiyyətli və zəngin çeşidli məhsullarını müştərilərinə təqdim edir.

Digər Xəbərlər
Xəbər Lenti