Tanınmış aparıcı-şərhçi “Sportinfo TV”yə gəlişi və planları haqda danışdı

22 İyul 2021 17:00 Sportinfo TV 1 567
Tanınmış aparıcı-şərhçi “Sportinfo TV”yə gəlişi və planları haqda danışdı

Bildiyiniz kimi, “Sportinfo TV” müəyyən fasilədən sonra bir-birindən maraqlı verilişlərlə tamaşaçıların görüşünə gələcək.

Tezliklə - yeni mövsümdən etibarən "Azərbaycan" qəzetinin yazarı, CBC Sport kanalında efirə gedən "Türkiyədən futbol" verilişindən hər kəsin yaxından tanıdığı aparıcı-şərhçi Elçin Cəfərov yeni layihələrlə qarşınızda olacaq.

Teleməkanın sevilən ismi “Sportinfo TV”yə gəlişi ilə bağlı Sportinfo.az-a bunları söyləyib:

“Əslində, uzun müddətdir ki, “youtube” kanalında veriliş açmaq ideyası ağlımda idi. Bu barədə davamlı şəkildə düşünürdüm.

“Sportinfo”dan belə bir təklif gələndə, qəbul etdim. Maraqlı layihələrlə tamaşaçıların görüşünə gələcəyik.

Verilişin mövzusu Avropa və türk futbolunu əhatə edəcək. Fərqli formatda təqdimat olacaq. Başqa planlarımız da var və tədricən onları da həyata keçirəcəyik.

Indidən fəlaiyyət proqramımız hazırdır və ona əsasən işimizi quracağıq. Azarkeşlər “Youtube” kanalında “Sportinfo tv” səhifəsinə abunə olmağı unutmasınlar”.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!