Çindən Azərbaycana növbəti vaksin partiyası gətirildi - VİDEO

1 Aprel 2021 15:50 Sizdən Bizə 542
Çindən Azərbaycana növbəti vaksin partiyası gətirildi - VİDEO

Bu gün Çindən Azərbaycana koronavirus əleyhinə vaksinin növbəti partiyası gətirilib.

Sportinfo.az xəbər verir ki, Çinin “SinoVac” şirkətinin istehsal etdiyi 500 min doza “CoronoVAC” peyvəndini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

Vaksinin bu partiyasını səhiyyə nazirinin müavini Viktor Qasımov, xarici işlər nazirinin müavini Ramiz Həsənov, Çinin Bakıdakı səfiri Qo Min qarşılayıb.

Ramiz Həsənov bildirib ki, Çin məsuliyyətli tərəfdaş olaraq Azərbaycanla əməkdaşlıqda öz öhdəliklərini yerinə yetirir:

“Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında imzalanan müqaviləyə əsasən, “COVID-19” pandemiyası əleyhinə ilk peyvənd partiyasını biz qəbul edirik. Bu, çox önəmli hadisədir.

Beynəlxalq aləmdə bu vaksinlə bağlı – onun ədalətli bölünməsi və ölkələrə çatdırılması ilə bağlı problemlərin yaşanıldığı dövrdə peyvəndlərin vaxtında gəlməsi Prezident tərəfindən aparılan uğurlu işin nəticəsidir. Bu məsələni dövlət başçısı xüsusi nəzarətə götürüb”.

Viktor Qasımov isə qeyd edib ki, Azərbaycan Çinlə səmərəli, uğurlu əməkdaşlıq edir və bu peyvənd partiyasının gətirilməsi də onun bariz nümunəsidir:

“Peyvənd işlərini sürətləndirmək üçün İlham Əliyevin Çin Xalq Respublikasının ali rəhbərliyinə müraciəti əsasında qısa müddətdə 5 milyon doza vaksinin gətirilməsi ilə bağlı müqavilə imzalanıb.

10 gün ərzində artıq 500 min doza vaksin ölkəmizə gətirildi. Bu işləri nə qədər sürətlə aparsaq, epidemioloji vəziyyəti yaxşılaşdıra bilərik”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!