COP29

"Neftçi"nin eks müdafiəçisi yenidən Azərbaycana transfer oldu - SON DƏQİQƏ

7 İyun 11:40 Səbail 7 621
"Neftçi"nin eks müdafiəçisi yenidən Azərbaycana transfer oldu - SON DƏQİQƏ

«Neftçi»nin sabiq müdafiəçisi Mert Çelik yenidən Azərbaycana dönüb.

Vaxtilə gənclər və əsas millimizin də şərəfini qorumuş cinah oyunçusu karyerasını Premyer Liqada davam etdirəcək.

24 yaşlı sabiq «Başakşehir»li «Səbail»lə müqavilə bağlayıb. Kontraktın müddəti 1 ildir.

Razılaşmaya əsasən, 2025-ci ilin yayında anlaşma daha 1 il uzadıla bilər.

Çelik 2020-ci ildə «Başakşehir»dən «Neftçi»yə gəlib. Üç il icarə əsasında ağ-qara formanı geyinib.

Ötən ilin yayında Türkiyəyə dönən müdafiəçi TFF I Liqada «Banformaspor»un şərəfini qoruyub.

SPORTİNFO.AZ

Xəbər Lenti
15 İyul 16:10 Çək və bizə göndər!
15 İyul 03:50 Milyonda bir şans...
15 İyul 03:00 Azərbaycani 4-cü oldu