Çempionluğa iddialı komandada ciddi itki – Mövsüm onun üçün başa çatdı

17 Noyabr 23:00 Səbail 255
Çempionluğa iddialı komandada ciddi itki – Mövsüm onun üçün başa çatdı

“Səbail” ciddi itki ilə üzləşib.

I Liqanın çempionluğu hədəf seçən komandası Nicat Süleymanovu itirib.

Son illər Premyer Liqadakı çıxışları ilə tanınan 27 yaşlı orta xətt oyunçusu məşqdə zədələnib.

MRT müayinəsindən sonra Nicatın mövsümü vaxtından əvvəl başa vurması məlum olub.

Sol ayağının çarpaz bağları qopan futbolçu əməliyyat olunacaq. Bu isə, Süleymanovun təxminən 5-6 ay yaşıl meydanlardan uzaq qalmasına səbəb olacaq.

Vaxtilə elitada “Zirə”, “Kəpəz”, “Araz-Naxçıvan” kimi komandaların şərəfini qorumuş yarımmüdafiəçi yayda “Səbail”lə müqavilə bağlamışdı.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Noyabr 18:10 Çək və bizə göndər!