COP29

I Liqada oynayırdı, Premyer Liqa klubu ilə müqavilə bağladı

5 İyun 19:00 Səbail 2 222
I Liqada oynayırdı, Premyer Liqa klubu ilə müqavilə bağladı

Yeni mövsüm üçün heyətini “Turan Tovuz“dan Fərid Nəbiyevlə gücləndirən “Səbail” daha bir futbolçunun keçidini həll edib.

Əlirza Müştəbəzadə növbəti 1 ildə “dənizçilər”in şərəfini qoruyacaq.

Ötən mövsüm I Liqa təmsilçisi “Difai”nin sıralarında olan 22 yaşlı qolkiper “Səbail”lə razılığa gəlib. Transferin yaxın günlərdə açıqlanacağı bildirilir.

Əlirza “Neftçi”nin yetirməsidir və “ağ-qaralar”ın heyətində Premyer Liqanın 1 matçına çıxıb. Lənkəranlı gənc ötən mövsümə “İrəvan”da başlayıb, yeni ildə isə “Difai”yə keçib.

O, qısa müddətdə “fədailər”in aparıcı sımalarından birinə çevrilib, bir çox oyunlarda qurtarışları ilə komandasına xallar qazandırıb.

Müştəbəzadəni I Liqanın ən güclü qapıçısı da saymaq olar.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti