"Səbail" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb.
Sportinfo.az Bayıl klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Rüfət Abdullazadə ilə yeni - 2 illik müqavilə imzalanıb.
23 yaşlı yarımmüdafiəçi Bakı təmsilçisinin heyətində Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə meydana çıxdığı 35 oyunda (2015 dəqiqə), 6 qola, 5 məhsuldar ötürməyə imza atıb.
Qəsəbə təmsilçisi buna qədər Ağabala Ramazanov, Adil Nağıyev, Səlahət Ağayev yolları ayırdığını, Yusif Nəbiyev, Hüseynəli Quliyev, Samir Abdullayevlə müqaviləni yenilədiyini, Fərid Nəbiyevi isə transfer etdiyini rəsmən açıqlayıb.

