"Səbail" ən yaxşı hücumçusunu itirib.
Aleksandr Ramalinqom Bayıl klubundan ayrılıb.
Premyer Liqanın geridə qalan mövsümündə 15 qol vuran maqadaskarlı legioner "dənizçilər"lə başa çatan müqaviləsini yeniləməyib.
Çempionatın bombardirlər yarışmasında yalnız "Qarabağ"lı Juninyodan geri qalan (20 qol) Ramalinqom buranı Şahin Diniyevə görə tərk edib.
Onun baş məşqçi postunda saxlanılması adıçəkilən forvardın qərarına birbaşa təsir göstərib.
Aleksandr, böyük ehtimalla, Azərbaycanda qalacaq.
Premyer Liqanın bir neçə təmsilçisiMaqadaskar yığmasının forvardıyla maraqlanır. Onlardan "Zirə" bu transferi reallaşdırmağa daha yaxındır.
SPORTİNFO.AZ

