COP29

Səlahiyyətlərinin bir qismini itirdi, vəzifəsində qaldı

29 May 20:20 Səbail 2 037
Səlahiyyətlərinin bir qismini itirdi, vəzifəsində qaldı

"Səbail" baş məşqçisi Şahin Diniyevlə müqavilə müddətini uzadıb.

57 yaşlı mütəxəssis daha 1 il "dənizçilər"ə rəhbərlik edəcək.

Azərbaycan millisinin sabiq baş məşqçisi 2022-ci ildən etibarən "Səbail"də çalışır. Komanda Premyer Liqanın son mövsümünü 42 xalla 7-ci pillədə başa vurub.

Uğursuz mövsümə baxmayaraq, postunda saxlanılan Diniyev rəhbərliyə bir sıra güzəştlərə gedib.

O, yüksəködənişli futbolçuların bir neçəsindən imtina etməyə razılaşıb. Həmçinin transfer bazarlığında əvvəlkitək müstəqil hərəkət edə bilməyəcək.

Klubun Müşhadə Şurasının sədri Rauf Vəliyev məsləhətləri əsas götürüləcək.

Deyilənlərə inansaq, Diniyev gələn sezon indikindən aşağı əməkhaqqı alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"