COP29

Sürpriz məğlubiyyətin adamı iddia ilə razılaşmadı, söz verdi

10 May 23:00 Səbail 1 204
Sürpriz məğlubiyyətin adamı iddia ilə razılaşmadı, söz verdi

Avrokubok mübarizəsini sona qədər davam etdirə bilməyən “Səbail” turun sensasiyalı nəticəsinə imza atdı.

“Dənizçilər” doğma meydanda çempionatı sonuncu pillədə başa vuracağı dəqiqləşən “Qəbələ”yə boyun əydi – 2:3.

"Dənizçilər"in müdafiəçisi Yusif Nəbiyev Sportinfo.az-a verdiyi müsahibədə matçla bağlı sualları cavablandırıb.

- Çoxlarının gözləmədiyi halda “Qəbələ”yə məğlub oldunuz. Səbəbi nədə görürsünüz?

- Bütün diqqətimiz bu oyuna yönəlmişdi, qələbə qazanmağı çox istəyirdik. Əslində, matça yaxşı başladıq, qol da vurduq. Təəssüf ki, gözlənilməz məğlubiyyət aldıq. Amma bu, futboldur Bəzən belə hallar olur. Növbəti oyunlarda maksimumu etməyə çalışacağıq.

- Avrokuboklara vəsiqə şansının əldən çıxmasının yenilgidə rolu oldu?

- Mövsümün gedişində avrokubok zonasında qərarlaşdığımız zaman ümidimiz var idi. Təəssüf ki, istədiyimiz nəticəni əldə etmək bir az çətin oldu. Zamanla daha yaxşı olacağıq.

- “Qəbələ” sizdən daha istəkli görünürdü sanki. Bu, nəyin nəticəsi idi?

- Biz komanda olaraq hər oyuna qələbə üçün çıxırıq. İstəksiz görünməyimiz fikrini qəbul etmirəm. Çünki çox yaxşı komandamız var. Hər kəs məsuliyyəti dərk edir. Tam olaraq hər zaman oyuna köklənirik. Amma bu dəfə oyunumuz istədiyimiz kimi alınmadı.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"