COP29

Azərbaycanda penalti zamanı meydana arxa çevirən baş məşqçi - FOTO

8 May 21:00 Səbail 1 164
Azərbaycanda penalti zamanı meydana arxa çevirən baş məşqçi - FOTO

Azərbaycanlı baş məşqçinin penaltilərə maraqlı yanaşması var.

“Səbail”in çalışdırıcısı Şahin Diniyev komandası 11 metrlik zərbəni yerinə yetirəndə meydana arxa çevirir.

O, həmin an “nöqtə”yə tərəf baxa bilmir. Yeni ənənə deyil, illərdir davam edən “adət”inə indiyə qədər sadiq qalmaqdadır.

“Səbail” – “Qəbələ” qarşılaşmasında (2:3) Nicat İsmayıllı qonaqların qapısına iki dəfə penalti təyin etdi. Birini Aleksandr Ramalinqom dəqiq yerinə yetirdi, digərini Pedro Nunu.

Şahin bəy hər iki halda həmin istiqamətə baxmadı. Zərbələrin qol olduğunu ətrafındakıların reaksiyasından anladı.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti