COP29

"Səhvimiz bunda oldu" - "Səbail"in hücumçusu deyir, günahkar özləridir

8 May 17:20 Səbail 276
"Səhvimiz bunda oldu" - "Səbail"in hücumçusu deyir, günahkar özləridir

"Səbail"in hücumlçusu Aleksandr Ramalinqom Premyer Liqanın 33-cü turunda evdə "Qəbələ"yə 2:3 hesabı ilə məğlub olduqları görüş haqda açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, əvvəlcə oyun haqda təəssüratlarını bölüşüb:

“Biz qələbə qazanacağımızı düşünürdük, amma məğlub olduq. Səhvimiz də bunda oldu.

Oyun artıq bitdi və biz qarşıdaki matça köklənməliyik. Bunu etmək çətin olacaq.

Çünki biz bu gün çox istəyirdik ki, qələbə qazanaq. Amma pozitiv nəticələr olmadı”.

31 yaşlı madaqaskarlı hücumçu məğlubiyyətin nə ilə bağlı olduğunu bilmədiyini qeyd edib:

“Onlar 3 qol vurdular, biz 2. Bundan sonra daha az qol buraxmalı, daha çoxunu vurmağımız lazımdır ”.

O, matçda hakim qərarları ilə razı qaldığını bildirib:

“Penalti zərbələri barədə deyə bilmərəm. Bu gün hakimlə bağlı elə də problem görmədim.

Bəlkə d, hansısa səhvləri olub. Amma məğlubiyyətimiz onun deyil, bizim səhvimizdir”.

Ramalinqom transfer planlarının olmadığını qeyd edib:

“Mən “Səbail”dəyəm və buna, Azərbaycanda olduğuma görə xoşbəxtəm. Ona görə bu barədə heç bir plan yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti